Xırdalanda 61 yaşlı kişini maşın vurub

Xırdalanda 61 yaşlı kişini maşın vurub

Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

“Report”un məlumatına görə, Xırdalan şəhərində yolu keçən 1962-ci il təvəllüdlü Məmmədov Elman Məmməd oğlunu avtomobil vurub.

 

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

 

Hadisənin təfərrüatı araşdırılır.

Mənbə

Share: