XIX əsrin ən qalmaqallı tablosu yenidən NÜMAYİŞDƏ

XIX əsrin ən qalmaqallı tablosu yenidən NÜMAYİŞDƏ

XIX əsrin ən qalmaqallı tablosu olan Eduard Manetin “Olimpiya” əsəri üçüncü dəfə Fransanı “tərk edib”.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün Nyu-York metropolitenindəki “Manet/Degas” sərgisində olacaq.

 

Bundan əvvəl tablo İtaliyada sərgilənib və bundan başqa, bir neçə il əvvəl Rusiyada nümayiş olunub.

 

Qeyd edək ki, sənət əsərini bir çox insanlar müasir sənətin başlanğıcı sayırlar. İlk dəfə tamaşaçılara təqdim ediləndə qışqırıq oldu və çətirlərlə onu deşməyə çalışdılar. Hətta həddən artıq həyəcanlanan kütləni sakitləşdirmək üçün silahlı mühafizə çağırmaq lazım gəlib.

 

Mənbə

Share: