Xızıdakı partlayışla bağlı ANAMA-dan AÇIQLAMA

Xızıdakı partlayışla bağlı ANAMA-dan AÇIQLAMA

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Xızı rayonu ərazisində partlayış hadisəsi ilə bağlı məlumat yayıb.

 

ANAMA-nın Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, partlayış hərbi sursata müdaxilə nəticəsində baş verib.

 

Hadisə nəticəsində 2 nəfər mülki şəxs həlak olub, 1 nəfər xəsarət alıb.

 

Bundan əvvəl Baş Prokurorluq qeyd edib ki, partlayışa səbəb Sumqayıt şəhər sakinləri – 1976-cı il təvəllüdlü Bəxtiyar Hüseynov, 1979-cu il təvəllüdlü Xankişi Quliyev və 2006-cı il təvəllüdlü Rəşad Əbilovun qeyd olunan ərazidə aşkar etdikləri mərmi başlığını götürməsi olub. Hadisə nəticəsində Xankişi Quliyev və Rəşad Əbilov ölüb, Bəxtiyar Hüseynov isə müxtəlif xəsarətlər alıb.

Mənbə

Share: