Xocalı görüşü, dinsizlər ölkəsi, yeni məmurlar…

Xocalı görüşü, dinsizlər ölkəsi, yeni məmurlar…

Mart ayının ilk günü Azərbaycan nümayəndələrinin Qarabağdakı ermənilərlə Xocalıda baş tutan görüşü, Mədəniyyət Nazirliyində kadr dəyişiklikləri və digər önəmli hadisələrlə yadda qaldı.

 

Modern.az dünənin icmalını təqdim edir.

 

Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüş keçirilib. Görüşdə Azərbaycan tərəfdən Milli Məclisin deputatı Ramin Məmmədov iştirak edib. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə nümayəndəsi Toivo Klaar Xocalıda Azərbaycan nümayəndələri ilə Qarabağ erməniləri arasında baş tutan görüşü ümidverici adlandırıb.

 

Prezident İlham Əliyevin sərəncamı ilə Səadət Vidadi qızı Yusifova mədəniyyət nazirinin müavini təyin olunub. Digər sərəncamla Səbinə Xalid qızı Hacıyeva Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis təyin edilib.

 

Mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimlinin əmri ilə nazirliyin Aparat rəhbəri vəzifəsinə Xanlar Ağalarov təyin olunub. Cahangir Səlimxanov və Əmirbəyli Oleq Arnoldoviç isə nazirin müşaviri vəzifəsinə təyinat alıblar.

 

Prezident İlham Əliyev martın 1-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə görüşüb. O, dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət edib. Azərbaycan Prezidenti dəvəti məmnuniyyətlə qəbul edib. Prezident İlham Əliyev martın 1-də, həmçinin İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasına səfərə gəlib. Prezident İlham Əliyev Mirziyoyevlə görüş keçirib.

 

Dünən Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevə zəng edərək Brüsseldə keçirilən dialoq səbəbindən Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakı Zirvə görüşündə iştirak edə bilmədiyini deyib, Serbiyanı Bakıdakı tədbirdə xarici işlər nazirinin təmsil edəcəyini bildirib.

 

Türkiyənin müxalif “Millət İttifaqı”na daxil olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu vahid namizədlə bağlı yeni açıqlama verib. Partiya sədri ittifaqın vahid namizədinin sabah (bu gün -red.) müəyyən ediləcəyini deyib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da seçkilərdən danışıb: “Bu millət 14 mayda nə lazımdırsa, onu da edəcək. Məhkəmə vasitəsilə, inzibati-siyasi yollarla hesabat istəmək də bizim borcumuzdur”.

 

Yunanıstanda iki qatarın toqquşması nəticəsində 36 nəfər həlak olub, 85 nəfər xəsarət alıb. Bildirilib ki, 53 nəfər xəstəxanaya yerləşdirilib, digər şəxslər tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Qəzadan sonra ölkədə matəm elan olunub. Nəqliyyat naziri isə özünü günahkar hesab edərək istefa verib.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:

 

3 dəfə əlavə maaş kimlərə veriləcək – SİYAHI

Xocalıdakı görüşdə bizi bu deputat təmsil etdi – DETALLAR

Erməni sakinlərin təhlükəsizliyini təmin etməyə hazırıq – Nazir müavini

“Sorosun adamı” Vardanyanın kadrlarını Qarabağdan QOVUR

Qərbi Azərbaycan İcması Şarl Mişelə məktub GÖNDƏRİB

DİN-dən Bəxtiyar Hacıyevlə bağlı iddialara CAVAB

Koçaryanın törətdiyi qətliamın qurbanlarına abidə ucaldıldı – Açılışı Paşinyan etdi

İran nüvə silahı əldə etməyə çox yaxındır – Agentlikdən HƏYƏCAN TƏBİLİ

Bu ölkələrin əhalisi dinsizdir – STATİSTİKA

Azərbaycan-Türkiyə konfederasiyası mümkündür? – Bakıdan REAKSİYALAR

1 Mart hadisələri – “Qarabağ klanı”nın sonuncu DEMARŞI

Mədəniyyət nazirinin yeni müavini KİMDİR… – DOSYE

Qarabağ erməniləri ilə görüş nədən xəbər verir? – ŞƏRH

Ceyhun Bayramovdan İrana TƏLƏB: Onlar cəzalandırılsın

Azərbaycan bəzi dövlətlərin planını pozdu – Deputat

Hədələmişdi ki, harda əlinə keçsəm “dərsimi verəcək” – Sabiq nazirlərin konflikti

Avropa silah sənayesini gücləndirmək istəyir – 3 mərhələ

Mənbə

Share: