Xorvatiya dünya üçüncüsü oldu – YENİLƏNİB

Xorvatiya dünya üçüncüsü oldu – YENİLƏNİB

Qətərdə keçirilən dünya çempionatında bürünc medal qazan komanda müəyyənləşib.

 

Modern.az xəbər verir ki, üçüncü yer uğrunda matçda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gəliblər.

 

Qarşılaşma Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Xorvatiya millisi tarixində ikinci dəfə mundialın bürünc medalına sahib çıxıb.

 

***

Xorvatiya və Mərakeş yığmaları arasında keçirilən üçüncü matçında hesab dəyişib.

 

Modern.az xəbər verir ki, 42-ci dəqiqədə Avropa təmsilçisi yenidən önə keçib – 2:1. 

 

Xorvatiya millisinin heyətində Mislav Orsiç fərqlənib. Matçın ilk hissəsi başa çatıb.

 

***

19:08

Xorvatiya və Mərakeş yığmaları arasında keçirilən üçüncülük matçında hesab açılıb. 

 

Modern.az-ın məlumatına görə, 7-ci dəqiqədə Yosko Qvardiol xorvatları sevindirib.

 

Cəmi iki dəqiqə sonra Mərakeş millisi cavab qolunu vurub. Mərakeş komandasının heyətində Əşrəf Dari fərqlənib. 

 

***

Dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyun başlayıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

 

***

17:47

Qətərdə keçirilən dünya çempionatının 3-cü yer uğrunda oyununda üz-üzə gələcək Xorvatiya və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar.

 

Xorvatiya: 1. Dominik Livakoviç, 20. Yosko Qvardiol, 2. Yosip Stanisiç, 24. Yosip Şutalo, 10. Luka Modriç, 8. Mateo Kovaçiç, 7. Lovro Mayer, 4. İvan Perişiç, 9. Andrey Kramariç, 14. Marko Livaya, 18. Mislav Orsiç

 

Mərakeş: 1. Yassin Bunu, 18. Vavad el Yamiq, 2. Əşrəf Hakimi, 25. Yəhya Attiat-Allah, 20. Əşrəf Dari, 4. Sofyan Amrabat, 23. Bilal El Xannus, 7. Hakim Ziyeş, 11. Abdelhamid Sabiri, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesir

Mənbə

Share: