Xovayev Paşinyanla görüşdü – Qarabağı müzakirə etdilər

Xovayev Paşinyanla görüşdü – Qarabağı müzakirə etdilər

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayev İrəvana gəlib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

 

Bildirilib ki, görüşdə Laçın dəhlizindəki son situasiya və Qarabağdakı vəziyyət müzakirə olunub.

 

Həmçinin vurğulanıb ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, Ermənistan XİN başçısı Ararat Mirzoyan da görüşdə iştirak edib.

Mənbə

Share: