Xoy vilayətində ana və oğlu çadırda boğulub öldü-faciə

Zəlzələ nəticəsində ağır fəlakətlər yaşanan Xoy vilayətində daha bir dəhşətli hadisə baş verib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə güneyli həmvətənimiz Araz Obalı sosial şəbəkədəki şəxsi səhifəsində paylaşım edib.

A.Obalı bildirib ki, zəlzələ nəticəsində ciddi dağıntəların baş verdiyi Xoyda ana və oğlu qaldıqları çadırda dəm qazından ölüblər.

“Xoy şəhərinin Firurq bölgəsində yaşayan bu 80 yaşlı ana və 55 yaşlı oğul çadırın içərisində istilik məqsədilə kömürdən istifadə etmək zorunda qaldıqları üçün kömürün dəm qazdan boğularaq ölüblər”-A.Obalı yazıb.

Allah rəhmət eləsin!

Musavat.com

Share: