
Fələstinin kəndində törədilən soyqırım beynəlxalq aləmdə qınağa səbəb olub. Amma, təəssüf ki, İsrail hökuməti bunu edən insanlara qarşı heç bir tədbir görməyib…
“Dindar yəhudilərin Havarı yandırmağa, o cümlədən günahsız insanları qətlə yetirməyə çalışmasını görəndə çox pis hisslər keçirdim. Mən göstərmək istədim ki, yəhudilərin əksəriyyəti ekstremizmə və irqçiliyə qarşıdır…”
İsraildə keçirilmiş kraudfandinq(kollektiv yardımlaşma) kampaniya zamanı ötən bazar günü yəhudi radikallar tərəfindən evləri yandırılmış Fələstinin Havara kəndinin sakinləri üçün 1,7 milyon şekel (465 min dollar) toplanıb.
Moderator.az xəbər verir ki, bu haqda “Arab News” məlumat yayıb.
Zərərçəkən sakinlər üçün pul 12 min israilli tərəfindən toplanıb.
Silahlı israilli mühacirlər(həmin əraziyə sonradan köçürülmüş) tərəfindən törədilən talanlar zamanı Havarda yerli sakinlərin 30-dan çox çox evi və çoxlu avtomobilləri yandırılıb. Yüzdən çox insan yaralanıb, bir fələstinli həlak olub. Hadisə məskunlaşanların müsəlmanlara qarşı zorakılığının ən pis nümunələrindən biri olub.
Zərər çəkmiş fələstinlilərə kömək etmək üçün aksiyanı dindar yəhudi Yaya Fink təşkil edib. Hadisədən xəbər tutan kimi o, Havar sakinlərinə dəymiş ziyanı kompensasiya etmək məqsədi ilə ianə yığmağa başlayıb. Vəsaitin çoxu onun tərəfindən ilk 12 saat ərzində toplanıb.
“Dindar yəhudilərin Havarı yandırmağa, o cümlədən günahsız insanları qətlə yetirməyə çalışmasını görəndə çox pis hisslər keçirdim. Mən göstərmək istədim ki, yəhudilərin əksəriyyəti ekstremizmə və irqçiliyə qarşıdır”- deyə Fink bildirib.
O, toplanmış pulun əmlakı zədələnən və ya məhv olan fələstinlilərə, eləcə də yaralananlara veriləcəyini qeyd edib.
Yəhudi fəalın sözlərinə görə, fələstinlilər üçün yardım toplama kampaniyasına başladıqdan sonra onu “satqın” adlandıran opponentləri tərəfindən təhdidlər almağa başlayıb.
Fələstinin kəndində törədilən soyqırım beynəlxalq aləmdə qınağa səbəb olub. Amma, təəssüf ki, İsrail hökuməti bunu edən insanlara qarşı heç bir tədbir görməyib. “Arab News” xəbər verir ki, siyasətçilər Fələstin torpaqlarında məskunlaşan yəhudiləri özbaşına hərəkət etməməyə çağırmaqla kifayətləniblər.
Sultan Laçın