Yəmən ordusu Cəvf vilayətində husilərə ağır zərbələr endirməkdə davam edir.
Milletinsesi.az xəbər verir ki, ordu vilayətin əl-Həzm şəhərini 3 tərəfdən mühasirəyə alıb.
Məlumata görə, artıq şəhərin şərqindəki dağlar ordunun nəzarətinə keçib. Bölgədə husilərə aid əsgərlərin meyitlərinin qaldığı deyilir.
Qeyd edək ki, məsələ ilə bağlı husi qruplaşması tərəfindən açıqlama verilməyib.