ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) “Stereo” adlı aparatı 29 fevral tarixində Venera və Yerin olduğu foto lentə almışdı. “Stereo”nun qeydə aldığı fotoda Venera və Yerin yanında sirli, dairəvi nəsnə özünü büruzə verib. Bu isə yadplanetlilərlə maraqlananların həyəcanlanmasına səbəb olub.
Milletinsesi.az xəbər verir ki, NASA məsələyə aydınlıq gətirərək açıqlamasında bu fikirlərə yer verib:
“Qəribə görünən həndəsi cisim əslində, teleskop optiklər içərisində Venera planetinin daxili əksidir”. (publika.az)