Yamayka, Kuba və Kayman adaları üçün daha əvvəl Karib dənizində baş verən zəlzələdən sonra sunami təhlükəsi elan edilib.
Trend-in “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Sunami Xəbərdarlıq Mərkəzindən bildiriblər.
Qeyd edək ki, Yamayka sahillərində 7,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Lusea şəhərindən 117,4 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.