Yeni Azərbaycan Partiyasının (YAP) üzvünün namizədliyi qeydə alınmayıb.
Report xəbər verir ki, 96 saylı Goranboy-Naftalan seçki dairəsindən namizədliyi qeydə alınmayan Topçuyev Azər Yusif oğlu MSK-ya müraciət edib.
Onun müraciəti haqqında Mərkəzi Seçki Komissiyasnının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Tofiq Həsənov məlumat verib.
Onun sözlərinə görə, A.Topçuyev müraciətində qeyd edib ki, dairə seçki komissiyasına inanmır və ona görə də sənədlərini təqdim etməyib:
“O bildirib ki, sənədlərini valideynlərinin iştiarkı ilə DSK-ya təqdim etmək istəyir. Lakin valideynləri gəlsə də yenə də sənədlərini təqdim etməyib. Belə olan halda isə onun namizədliyi qeydə alınmayıb. Amma o, sonradan MSK-ya namizədliyinin qeydə alınmaması barədə şikayət edib. MSK həmin şikayəti araşdırıb”.
Məsələ MSK-nın iclasında müzakirə olunub və DSK-nın qərarı qüvvədə saxlanılıb. Beləliklə, namizədliyi öz təşəbbüsü ilə irəli sürülən YAP üzvü Topçuyev Azər Yusif oğlu 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisə seçkilərdə namizədliyi qeydə alınmayıb.