Yaponiya hökuməti HƏMAS-ın maliyyələşməsinin qarşısını almaq üçün təşkilatın doqquz liderinin aktivlərinin dondurulması qərarına baxacaq.
Millətin Səsi.az xəbər verir ki, bu barədə hökumətdəki mənbələrə istinadən “NHK” telekanalı məlumat yayıb.
Bildirilir ki, əsas hədəf liderlərin aktivləri, kriptovalyuta fondları və Qəzza zolağına bağlı birjalar olacaq.