Tokioda Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.
AZƏRTAC Yaponiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, nazirlər iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi, həmçinin ticarət və müdafiə sahəsində əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər.
M.Çavuşoğlu keçmiş Baş nazir Şinzo Abenin vəfatı ilə bağlı yapon həmkarına başsağlığı verib, onun iki ölkə arasında əlaqələrin inkişafına xüsusi töhfələr verdiyini vurğulayıb.
Görüş zamanı regional məsələlər, o cümlədən Ukraynadan kənd təsərrüfatı məhsullarının tədarükü barədə də fikir mübadiləsi aparılıb.