“Yaponiya Rusiyanın Ukraynaya münasibətdə ədalətsizliyini müşahidə etməkdən yorulub…”

“Yaponiya Rusiyanın Ukraynaya münasibətdə ədalətsizliyini müşahidə etməkdən yorulub…”

“Bu dəyişikliklər bu ilin may ayında G7-nin Xirosimada keçiriləcək sammitinə hazırlıq fonunda baş verir…”

 

Yaponiya Ukrayna naminə qanunvericiliyində dəyişiklik etmək istəyir

 

Yaponiya hökuməti özünün pasifist siyasətini dəyişmək və Ukraynaya ölümcül silah verməyin mümkünlüyünü nəzərdən keçirmək niyyətindədir.

 

Moderator.az xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” nəşri məlumat yayıb.

 

Bu qərar Ukraynadakı vəziyyətlə, habelə Çinin Tayvana getdikcə artan təzyiqilə bağlıdır.

 

İkinci dünya savaşından sonra ilk dəfə olaraq qanunvericiliyə belə dəyişikliklər “Böyük yeddilik” (G7) ölkələrinin sammitinədək gerçəkləşdirmək planlaşdırılır.

 

Yaponiyanın baş naziri Fumio Kisida beynəlxalq hüquqa əməl etməyən başqa ölkələrin təcavüzü ilə üzləşən ölkələrə kömək etmək üçün qanuna dəyişikliyə tərəfdar çıxıb.

 

Lakin hazırda Yaponiya Ukraynaya yalnız ölümcül olmayan avadanlıq, o cümlədən zirehli gödəkçələr göndərir, çünki ölkə qanunvericiliyi ağır silahları yalnız o ölkələrə göndərir ki, onları Yaponiya ilə birgə istehsal edib.

 

Bu qərar münaqişə bölgələrinə silah tədarükünə qarşı çıxan başqa dövlətlərin neqativ münasibətinə səbəb ola bilər, həmçinin Yaponiyanın başqa ölkələrlə diplomatik münasibətlərinə təsir edə bilər.

 

Lakin Yaponiya hakimiyyəti Rusiya Federasiyası tərəfindən Ukraynaya münasibətdə ədalətsizliyi müşahidə etməkdən yorulub”.

 

“İxrac haqqında qanuna dəyişikliklər üzərində Liberal-Demokrat Partiyası işləyir. Yaponiyanın baş naziri Fumio Kisida qanunvericiliyə dəyişiklik edilməsinə çağırış edib. Bu, Yaponiyanın bu ilin may ayında Xirosima şəhərində keçiriləcək G7 sammitinə hazırlıq fonunda baş verib.

 

Bu tədbirin keçirilməsi Tokioya diplomatik əzələ nümayiş etdirməyə və G7 üzvü olan ölkələrin hamısının Kiyevə dəstək verməkdə davam edəcəyini elan etməyə imkan verəcək”, – nəşr yazıb.

 

Qeyd edilir ki, Yaponiya G7-nin Ukraynaya silah tədarük etməyən yeganə nümayəndəsidir. Fumio Kisida isə G7-nin tammiqyaslı müharibə başlanandan Ukraynanı ziyarət etməyən yeganə lideridir.

Mənbə

Share: