
Yaponiya və Hindistan ilk dəfə birgə hərbi təlimlər keçirib.
Modern.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərin məqsədi Çinin Hind-Sakit okean regionunda artan hərbi təhdidinə cavab verməkdir.
Manevrlərdə Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) dörd Su-30MKI qırıcısı, iki C-17 nəqliyyat təyyarəsi və bir İl-78 yanacaq dolduran təyyarə, Yaponiyadan isə dörd F-2 qırıcısı və dörd F-15 qırıcısı iştirak edir.
Akif İsmayılov