Yaponiyada 2018-ci ildə boş evlərin sayı rekord həddə çatıb

Yaponiyada 2018-ci ildə boş evlərin sayı 8 milyon 460 minə çatıb.

Bu barədə Yapniya Ümumilli İşlər Nazirliyinin aprelin 26-da dərc etdiyi hesabatda məlumat verilir. Həmin hesabat beş ildən bir dərc edilir.

Sənəddə qeyd edilir ki, 2018-ci il oktyabrın 1-nə olan son məlumata görə ölkə üzrə boş evlərin sayı 8 milyon 460 minə çatıb və bu, ölkədəki ümumi evlərin sayının 13,6 faizini təşkil edir.

Nazirliyin nümayəndələrinin bildirdiyinə görə, əgər boş evlər haqqında tezliklə qərar qəbul edilməsə, ölkədə təhlükəsizliyin səviyyəsinə və ətraf mühitə böyük zərər dəyə bilər. (AZƏRTAC)

Share: