Yaponiyanın Kobe şəhərinin hakimiyyəti yeni koronavirus növünün “Böyük Britaniya” ştammına yoluxanların sayında artım qeydə alıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə NHK televiziya kanalı xəbər verib.
Fevral ayının ilk həftəsində onların bölgədəki ümumi yoluxma sayı arasında payının 4,6%, ikinci həftəsində – 10,5%, üçüncü həftəsində – 15,2% olduğu qeyd edildi.
Bu yoluxan qrupun artması ilə əlaqədar olaraq, şəhər hakimiyyəti yeni stammının yayılmasına nəzarət etmək üçün aparılan testlərin sayını çoxaltmağa qərar verdi.