Yaponiyanın Hönsü adasındakı Qifu şəhərində 5,2 bal gücündə zəlzələ olub.
Milletinsesi.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilir ki, zəlzələ yerin 10 kilometr dərinliyində meydana gəlib.
Bölgə üçün sunami xəbərdarlığı edilməyib.