Yaponiya hakimiyyəti ölkədə koronavirusun yayılması ilə bağlı vəziyyətin son dərəcədə həyəcanlı səviyyəyə çatdığını başa düşür.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Yaponiya Baş naziri Yoşihide Suqa bildirib.
Y.Suqa qeyd edib ki, koronavirusun yayılmasından danışarkən, dünən yeni infeksiya sayı rekord həddi keçdi və bunun ən həyəcanverici vəziyyət olduğunu bilirik.
Yaponiya hökumətinin başçısı bir daha yerli əhalini maskalar taxaraq və sosial məsafəni qoruyaraq koronavirusun yayılmasına qarşı mübarizədə töhfə verməyə çağırdı:
“Mütəxəssislər, xüsusilə iaşə müəssisələrində yoluxma riskini vurğulayır və ünsiyyət zamanı (yeməyi qəbul edəndən sonra) dərhal maska taxmağı tövsiyə edirlər”.