Yaponiyada intihar edənlərin sayı koronavirusdan ölənləri ötdü

Yaponiyada intihar hallarının sayı koronavirusdan ölənlərin sayını üstələyib.

Milletinsesi.az  xəbər verir ki, oktyabr ayı ərzində Yaponiyada 2,153 nəfər intihar edib. Koronavirusdan ölənlərin sayı isə 2,087 nəfər olub. Bununla da intihar hallarının sayı, ölkədə koronavirusdan ölənlərin sayını keçib. İl ərzində 34 min insanın intihar etdiyi Yaponiyada sonuncu dəfə rekord 2003-cü ildə yaşanıb.

Mütəxəsisslər buna səbəb kimi pandemiya ilə əlaqədar işsizlik, sosial izolyasiya və digər məsələləri göstərirlər.

Share: