Yaponiyada fevralın 13-də baş verən güclü zəlzələnin ilk qurbanının cəsədi tapılıb.
“Kyodo” yerli xilasetmə xidmətlərinə istinadən xəbər verir ki, yaşı əllidən çox olan həmin şəxsin meyiti Fukusima şəhərində yaşadığı mənzilində aşkarlanıb.
O, yeraltı təkanlar nəticəsində aşan mebelin altında qalaraq ölüb.
Qohumları onunla əlaqə saxlaya bilmədiyinə görə evinə gediblər və bu zaman hadisədən agah olublar.
Xatırladaq ki, fevralın 13-də Sakit okeanda Fukusima prefekturasının şimal-şərqində 7.3 bal gücündə zəlzələ baş verib. Nəticədə 180 nəfər xəsarət alıb.