![](https://milletinsesi.az/wp-content/uploads/2019/06/5d00e12b9a893_15603385371277953264_1000x669.jpg)
Daxili işlər orqanları narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Miranovdan 6 kiloqram 120 qram tiryək götürülüb.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakinləri, əvvəllər məhkum olunmuş İ.Manafovdan 500 qramadək, İ.Məlikovdan isə 420 qram marixuana aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.