“Rusiya əsgərləri yaşamaq istəyirlərsə, döyüş meydanından qaçsınlar”.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Rus dilini başa düşənlər üçün bir daha təkrar edirəm. Yaşamaq istəyirsinizsə, qaçın. Yaşamaq istəyirsinizsə, təslim olun. Yaşamaq istəyirsinizsə, öz azadlığınız üçün küçələrdə mübarizə aparın”, – prezident Rusiya vətəndaşlarına müraciətində deyib.