Ukrayna məhkəməsi Rusiya ordusunun hərbi qulluqçusunu 10 il azadlıqdan məhrum edib.
Milletinsesi .az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər nazirinin köməkçisi Anton Qeraşenko məlumat verib.
Rusiyalı hərbçi Ukraynada çoxmərtəbəli yaşayış binasını tankla atəşə tutaraq müharibə qanunlarını pozmaqda təqsirli bilinib. Çerniqovun şimal-şərqindəki məhkəmə döyüş zamanı əsir düşən Mixail Kulikov Rusiyanın Ukraynaya müdaxiləsindən iki gün sonra, fevralın 26-da yaşayış binasını vurmaqda ittiham olunur.
Ukrayna Baş Prokurorluğu bildirib ki, Kulikov məhkəmədə təqsirli olduğunu etiraf edib və əmrlərə əməl etdiyini bildirərək daha yüngül cəza istəyib
Çerniqov şəhərində vurulan yaşayış məhəlləsinin hərbi hədəf olmadığı və ya hərbi məqsədlər üçün istifadə olunmadığı bildirilib.
Akif İsmayılov