Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu təsdiq edilib.
Millətin Səsi.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Belə ki, 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsi təklif edilib.
Məsələ səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib. /modern.az/