ABŞ-da elm adamları “Super Earth” adlandırdıqları planetin 10 milyard il əvvəl əmələ gələn qədim bir ulduz sistemi içində tapdıqlarını açıqlayıblar.
Milletinsesi.az unikal.org-a istinadən bildirir ki, Alimlər, Samanyolu qalaktikasından bir neçə milyard il sonra meydana gələn ulduz sisteminin bir hissəsi olan planetdə həyatı dəstəkləyən əlamətlərin olmadığını, ancaq bu cür uzun ömürlü planetlərin keçmişdə həyatı qoruduğunu ifadə ediblər.
Amerika Astronomiya Birliyinin illik toplantısında mətbuata açıqlama verən Havay Universitetinin professoru Lauren Veiss, “Dünyamız təxminən 5 milyard ildir mövcuddur. 10 milyard ildir mövcud olan qayalı bir dünyada nə ola biləcəyini düşünün. Mən mütləq öyrənmək istərdim”,- deyəifadə edib. Veiss, elm dünyasında həyəcan verici olan planetin, ətrafında döndüyü ulduza baxan bir magma okeanı olduğunu və eyni ulduzun ətrafında dövr edən daha iki kiçik planetin ola biləcəyini söyləyib.
“TOI-561 b” adlanan planetin yerdən iki dəfə böyük olduğu və ulduz ətrafında öz dövrünü dünyanın yarısından az bir müddətdə tamamladığı qeyd edilib. “Astronomical Journal”da qəbul edilən ixtirada ABŞ Milli Aeronavtika və Kosmik İdarəsinin (NASA) TESS missiyası və Keck Rəsədxanasının texniki imkanları istifadə edilmişdir.