Yaşıllığı azalan Bakı fəlakətli əraziyə çevrilib

“Ekologiya Nazirliyinin bu gün yaydığı məlumatına görə, Bakıda yaşıllıq sahələrinin həcmi cəmi 920 hektardır. Ümumi ərazisi 214 min hektar olan meqapolis üçün faciəvi səviyyədə aşağı bir göstəricidir – ümumi ərazinin hətta 0.5%-i belə yaşıllıq sahəsi deyil”.

Modern.az-ın məlumatına görə, bunu iqtisadçı ekspert Rövşən Ağayev paytaxtın yaşıllıq sahəsindən danışarkən deyib.

“Müqayisə üçün deyim ki, bu göstərici İstanbulda 2.2%, Tokioda 7,5%, Parisdə 9.5%, Berlində 14,4%, Nyu-Yorkda 27%, Londonda 33%, Vyanada 45%, Osloda 68% təşkil edir.

Yaşıllıq sahəsi dedikdə bütünlükdə ictimai istifadədə olan meşə, park və bağçaların ərazisi nəzərdə tutulur”, – R.Ağayev əlavə edib.

Onun sözlərinə görə, Bakının 0.5%-lik yaşıllıq göstəricisi bizim ekoloji baxımdan nə dərəcədə əlverişsiz bir ərazidə yaşadığımızı göstərir.

 

“Ən böyük fəlakət odur ki, yaşıllıqdan bu qədər yoxsul şəhər son 20 ildə olan-qalan yaşıllıqların məhv edilməsilə nəhəng tikinti meydançasına çevrilib.

Bakı ilə bərabər Abşeron da eyni fəlakəti yaşayır. Xırdalanda son 15 ildə potensial olaraq park və ya meşə zolağına çevrilə biləcək 2 böyük ərazinin sıx məskunlaşma ərazisinə çevrilməsi təkcə ekoloji fəlakətə yox, həm də demoqragik və nəqliyyat böhranına səbəb olub”, – deyə R.Ağayev həyəcan təbili çalıb.

Mənbə

Share: