Yaşlı kişini güllələdi, sonra intihar etdi

Yaşlı kişini güllələdi, sonra intihar etdi

Zaqatala rayonunda 78 yaşlı kişi qətlə yetirilib, hadisəni törətməkdə şübhəli bilinən şəxs intihar edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Millətin Səsi.az-a bildirilib ki, avqustun 27-də saat 09 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən, 1960-cı il təvvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb.

Araşdırma aparılır.

Share: