Yaşmada mina partladı – Ölənlər və yaralı var

Yaşmada mina partladı – Ölənlər və yaralı var

Sumqayıtda mina partlayıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Yaşma yaşayış ərazisində qeydə alınıb.

 

İlkin məlumata görə, hadisə nəticəsində iki mülki şəxs ölüb, bir nəfər xəsarət alıb.

 

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, araşdırma aparılır.

Mənbə

Share: