Yatanda telefonu yastığın altına qoymayın – Təhlükə

Müasir insanların əksəriyyəti gecə yatmazdan qabaq sosial şəbəkələri “gəzir”, videolara baxır, hər hansı məlumatlarla tanış olurlar və s.

Yuxuya gedəndə isə telefonu yanına və hətta yastığın altına qoyurlar. Sonuncu xüsusilə təhlükəlidir.

Milletinsesi.az kp.ru-ya istinadla bildirir ki, rusiyalı ekspert Stanislav Kosaryovun sözlərinə görə, telefonun batareyası belə vəziyyətdə həddindən artıq qıza və alışa bilər.

Bundan əlavə mütəxəssis bildirib ki, telefon müntəzəm olaraq siqnal qəbul edir və yastığın altında olanda beyinə təsir edir. Telefonun beyinə olan mənfi təsiri mövcuddur və bunu inkar etmək olmaz.

Mütəxəssislər telefonu gecə vaxtı yataq otağında saxlamağı tövsiyə etmirlər.

office yazılım lisansı satın al

Share: