Yava panqolinlərində SARS-CoV-2-yə bənzəyən koronaviruslar aşkar edilib

Yava adasında yaşayan panqolinlərdə genetik baxımdan SARS-CoV-2-yə bənzəyən koronaviruslar aşkar edilib.

“Nature” jurnalı xəbər verir ki, bunu Sidneyin və Çinin bir sıra universitetlərinin araşdırmaçıları aşkar edib.

Bunun üçün alimlər 18 panqolinin qanını, həmçinin ağ ciyərvə bağırsaq hüceyrələrini təhlil edib.

Mütəxəssislərin aldığı 43 nümunədən altısında koronaviruslar aşkar edilib.

Onların SARS-CoV-2 ilə bənzərliyi 85,5-92,4% təşkil edib.

Share: