«Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun…”

«Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun…”

.”..Günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!”(Qurani-Kərim)

 

Müsəlmanın ehtiyacının ödənilməsi…

 

 

Yaxşılıq – qalıcı bir xəzinədir. İnsanların işləri üçün güc sərf etməyi – insanlıq sahibi olanların davranışlarıdır. İnsanların ehtiyacları üçün onlara yönəlməməsi – könlü uca olanlar üçün müsibət sayılır. Hakim bin Həzm (r.a) deyir ki : «Bundan əlavə, onlar ehtiyac sahibinin onlardan ehtiyaclarını uzaqlaşdırmasını istəməklə məqam sahibinə nemət gətirdiyinə və yaxşılıq etdiyinə inanırlar».

 

İbn Abbas (r.a) deyir ki : «Üç insan var ki, onların etdiyinin əvəzini verə bilmərəm. Salam verməkdə məndən əvvəl davranan kimsə, məclisdə mənə yer açan kimsə və mənə salam vermək üçün qaçaraq ayaqları tozlanan kimsə. Dördüncü biri də var ki, onun etdiyinin qarşılığını ancaq Allah verə bilər» Səhabələr «o kimdir?» deyə soruşduqda ibn Abbas (r.a) belə deyir: «Başına bir iş gələn və gecə boyu bu işini kimin həll edəcəyini düşünən, sonunda məni ehtiyacını aparmağa uyğun görən və onu mənə bildirən kimsə»…

 

Ehtiyac sahibi də ehtiyacını əhlindən istəməli və ehtiyac vaxtından xaric istəməməlidir. Qazana bilmədiyini istəməməlidir. Qazandığını istəyən məhrumiyyət qazanar. Sözün ən gözəli və ən dadlı cümlələrini seçməlidir. Bir qadın  insanların ən gözəli (s.ə.s)-in arada vasitə olmasını rədd etmişdi. Rəsulallah (s.ə.s) ona «ərinin yanına geri dönəsən bəlkə, çünki o, sənin uşaqlarının atasıdır» deyincə qadın «Ey Allahın Rəsulu! Bunu mənə əmr edirsənmi?» Rəsulallah (s.ə.s) «Xeyir, mən ancaq vasitəçiyəm» deyəndə qadın «Mənim ona ehtiyacım yoxdu» deyir. Bu hədisi Buxari və Muslim rəvayət edir.

 

İnsan bir ehtiyacı ödədildiyində, buna vasitə olana təşəkkür etməlidir. Peyğəmbər (s.ə.s) belə buyurub : «İnsanlara təşəkkür etməyən, Allaha şükr etməz». Bu hədisi İmam Əhməd rəvayət edir. Peyğəmbər (s.ə.s) belə buyurur: «Kim sizə bir yaxşılıq etsə, əvəzini verin. Qarşılığını verəcək bir şey tapmasanız, əvəzini verdiyinizi düşünənəcən onun üçün dua edin» Bu hədisi Nəsai rəvayət edir. Əlində əvəz verməyə gücün çatmasa dilin ilə təşəkkür et…

 

Allahdan haqqı ilə qorxun və qardaşlarınıza kömək edin. Bir birinizə haqqı və ədaləti tövsiyə edin. Yaxşılıq və təqvada bir biriniz ilə köməkləşin. İnsan üçün ancaq etdiyi qalacaq…

 

Qovulmuş şeytandan Allaha sığınıram. «Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!» (əl Maidə surəsi, 2)

 

Əsirgəməməsi üçün Allaha həmd olsun. Müvəffəqiyyətli etməsi və nemətləndirməsi səbəbilə Ona şükürlər olsun. Allahdan başqa ilah olmadığına şəhadət edirəm. O, təkdi və şəriki yoxdur. Şəhadət edirəm ki, Muhammad Onun qulu və rəsuludur. Allah Ona, ailəsinə və səhabələrinə salavat etsin…

 

Bundan sonra…. Ey müsəlmanlar!… Edilən yaxşılığı pozan ən böyük amil, onu başa vurmaq və insanlar arasında ondan bəhs etməkdir. Bir əməli başa vurmaq o əməli məhv edir. Ondan heç bir xeyir qalmır. Yaxşılıq ancaq bu üç halda tam olur: o an edilməsi, balaca görülməsi və gizlənməsi… Çünki o an edincə onu sevindirir. Balaca görüncə onu böyüdür. Gizləyincə onu tamamlar. Vasitəçiliyin çəkinilən hallarından biri də haram olan bir şeydə, bir müsəlmanın haqqını vermədə və ya ona zərər vermədə vasitəçi olmaqdır. İslam ədalət dinidir. Faydalı olanı əmr edir və zərərli olandan çəkindirir. Dini cəzalar mövzusunda vasitəçilik etmək də ən böyük pisliklərdəndir…

 

Sonra ey Allahın qulları : «Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu-deyin!)” (Əl Əhzab surəsi, 56)

 

Şeyx ƏbdulMuhsin əl Qasım

 

www.islamevi.az

Mənbə

Share: