Yazda əks-hücum olacaq – Reznikov

“Ukrayna aprel-may aylarında başlamalı olan yaz əks-hücumuna hazırlaşır. Hücum hərəkətlərinin vaxtı hava şəraiti ilə bağlıdır”.

 

Modern.az xəbər verir ki, bunu ERR-ə müsahibəsində Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.

 

“Baş Qərargahımızın qərarı ilə “Leopard” tanklarını əks-hücumda görəcəksiniz. Artıq bir neçə istiqamətdə bu texnikadan istifadə planlaşdırılıb. Hansı məqamın daha münasib olmasından, necə qərar veriləcəyindən asılıdır. Bu, həm də hava şəraitindən asılıdır. Yazda torpağımız çox nəm olur. Məncə aprel-may aylarında biz onları sahədə görəcəyik”, – Reznikov açıqlayıb.

 

Onun sözlərinə görə, bu il Ukrayna üçün çox müsbət dəyişikliklər olacaq. Nazir əminliyini ifadə edib ki, Ukrayna hərbçiləri Kiyev, Çerniqov, Sumı, Xarkov və Xerson vilayətlərində olduğu kimi, müvəqqəti işğal olunmuş digər əraziləri də azad etməyə davam edəcəklər.

 

Qeyd edək ki, Ukrayna xüsusilə Almaniya, Kanada, Portuqaliya və Polşadan “Leopard” tanklarını artıq alıb.

Mənbə

Share: