Yeməyinizə əlavə edilən bu 5 payız məhsulları sağlamlığınıza fayda gətirəcək

Yaydan payıza keçəndə qida rasionumuzu mövsümi meyvə-tərəvəzlərlə yaxşılaşdırmaq üçün gözəl imkan yaranır.

 

Gəlin, görək, yaxın aylarda öz qidamıza nələri əlavə etməliyik? Və bu məhsulların hansı faydalı xüsusiyyətləri vardır?

 

Moderator.az xəbər verir ki, bu barədə “Detaly” nəşri yazıb.

 

Biz yayın bol meyvələrindən istirahət edib bəzi dadlı və sağlamlıq üçün faydalı olan mövsümi meyvə-tərəvəzlə dostlaşaq.

 

Balqabaq

 

Balqabaq fəsiləsindən olan boranı, xiyar, yunan qabağı, fransız balqabağı (patisson) qlyutensiz karbohidratlar və qida liflərinin əla mənbəyidir. 

 

Bu fəsilədən olan tərəvəzlər A və C vitaminləri, gözlərin sağlamlığı üçün vacib olan lyutein və zeaksantin kimi karotinoidlərlə zəngindir.

 

Balqabaqda olan faydalı inqridiyentlərin böyük hissəsi onun qabığındadır, ona görə də onu təmizlənmədən yemək tövsiyyə edilir.

 

Həmçinin balqabağın toxumları sink kimi minerallarla zəngindir, bu da orqanizmdə bir çox proseslərin tənzimləyicisi rolunu oynayır.

 

Balqabaq toxumlarında olan triptofan amin turşusu maddəsi yorğunluq və yuxu prloblemlərində mühüm əhəmiyyəti var.

 

Avokado

 

Avokadonun tərkibində çoxlu miqdarda qida lifləri var, bu da “pis” xolesterinin miqdarını azaldır, “yaxşı” xolestetinin miqdarını artırır.

 

Bu armuda bənzəyən yaşıl meyvə hipertoniya xəstəliyi olanlar üçün uyğundur, çünki kaliumun yüksək və natriumun aşağı miqdarı ilə arterial təzyiqin balansını qoruyub saxlayır.

 

Avokadonun tərkibində çoxlu miqdarda zülallar üçün amin turşuları var, həmçinin A, B,C, E, K vitaminləri və fol turşusu ilə zəngindir.

 

Bundan başqa, tərkibində kalsium, maqnezium, sink, dəmir və kalium kimi minerallar var. Avokado həm də arıqlama üçün faydalıdir.

 

Təqdiqatlar göstərib ki, gündə bu meyvənin yarısını yeməklə çəkini azaltmaq mümkündür. 

 

Çünki avokado bir tərəfdən qanda şəkərin miqdarını artırmır, digər tərəfdən qida lifləri ilə zəngindir və uzun müddət doyma hissi bəxş edir.

 

Rəngli kələm

 

Rəngli kələmin tərkibində çoxlu miqdarda vitaminlər, minerallar, antioksidantlar və iltihabəleyhinə, xərçəngəleyhinə xassələrə malik olan digər maddələr var, ona görə də beynin işini yaxşılaşdırır, ürək-damar xəstəliklərindən qoruyur və artıq çəkidən xilas edir.

 

Rəngli kələm kartof püresi, düyü və bir çox başqa şeylərə diyetik əvəzləmə ola bilər. 

 

Tədqiqatlar göstərib ki, ondan çoxlu istifadə edilməsi ürək-damar xəstəlikləri riskini 31 faiz azaldır. Rəngli kələm həmçinin fitokimyəvi maddələrlə zəngindir, bu da orqanizmi xərçəngdən qoruyur.

 

Batat (şirin kartof)

 

Balqabaq kimi, şirin kartofun parlaq-narıncı rəngi tərkibində olan karotinoidlərlə bağlıdır, bu o deməkdir ki, o, görmə  və gözlərin sağlamlığı üçün faydalıdır.

 

Bundan başqa, batatın tərkibində çoxlu miqdarda beta-karotin var, bu da xərçəng və DNT-nin strukturunu zədələyə biləcək oksidləşmə prosesləri riskini azaldır. 

 

Beta-karotin həmçinin A vitaminin mənbəyidir, bu da orqanizmin düzgün fəaliyyəti üçün lazımdır və immun sisteminin fəallığına təsir edir.

 

Şirin katofda C vitamini, qida lifləri, marqans və maqnezium var ki, onlar orqanizmdə 300-dək proseslərdə iştirak edir. 

 

Batat həmçinin kaliumla zəngindir, bu da maddələr mübadiləsində mühüm rol oynayır, əzələləri möhkəmləndirir, ürəyin sağlamlığı və əsəb sisteminin işi üçün faydalıdır.

 

Bundan başqa, şirin kartof ürək-damar xəstəlikləri, hipertoniya, diabet, miqren və əzələ spazmlarının qarşısını almaq qabiliyyətinə malikdir.

 

Alma

 

Alma süfrəmizdə ilboyu olur, lakin məhz payızda daha dadlıdır. Almanın tərkibində fitokimyəvi maddələr var, bunlar karotinoidlər, flavanoidlər və fenol turşuları kimi bitki birləşmələridir.

 

Alimlər almadan istifadə edilməsi ilə bəzi xərşəng növləri, ürək-damar xəstəlikləri, astma və diabetlə xəstələnmə riskini azaldır.

 

Bununla yanaşı, alma daha çox pestisidlərin təsirinə məruz qalır, ona görə də istifadədən öncə onu yaxşıca yumaq lazımdır.

 

Healthy Walla

Mənbə

Share: