Rusiya Ukraynadan çəkilməli və bu “barbar müharibəsinə” son qoymalıdır.
Modern.az “Sky News”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak Balidə G20 sammitində deyib.
“Rusiya Ukraynadan çəkilməli və vəhşi müharibəyə son qoymalıdır”, – Böyük Britaniyanın baş naziri deyib.
O, Rusiya prezidenti Vladimir Putinin İndoneziyada keçirilən builki sammitdə iştirak etməməsini də tənqid edib.