Hazırda Yeni il ilə əlaqədar hər hansı bir atəşkəs haqqında rəsmi danışıqlar getmir. Hətta bununla bağlı heç gizli danışıqlar da yoxdur. Rusiyanın hərbi rəhbərliyi bunu çox gözəl anlayır ki, bayram gecəsi üçün Ukrayna ordusunun xüsusi planı var.
Moderator.az axar.az-a istinadən xəbər verir ki, bu fikirləri “Rossiya 1” kanalının efirində yayımlanan “Vladimir Solovyovla axşam” verilişinin efiri zamanı tanınmış rusiyalı professor Vitali Tretyakov bildirib.
“Yəqin ki, Kreml üçün və şəxsən Vladimir Putin üçün bu, sürpriz olmayacaq. Ona görə ki, bu artıq açıq-aydın görünür. Rusiya ordusu bu yaxın günlərdə Ukraynanın eneji, kanalizasiya, su sistemlərini tam olaraq məhv etməsə, Kiyev bizə çox açınacaqlı zərbə endirəcək. Biz bunu bilirik. Sadəcə bu zərbələrin hansı şəhərləri əhatə edəcəyini bilmirik. Kiyev 31 dekabr tarixində ən qatı cinayət etsə belə, dünyada heç bir ölkə onları günahlandırmayacaq”, – deyə o qeyd edib.