Yeni ilin ilk bəd duası…

Yeni ilin ilk bəd duası…

2023-cü ildə məğlub Ermənistanın qarşısında bir neçə yerinə yetirilməsi asan olmayan vəzifə durur. Ən çətini Birgə Bəyanatın şərtlərinin tam həcmdə yerinə yetirilməsindən ibarət olacaq.  Nəzərə alsaq ki, həm burnu öz evində ovulan Fransa qismində “Qısır Bacı” və “Qırmızı xəttli” mollalar da artıq işə yaramır, həm Ermənistanın yanında kim varsa ya Azərbaycan tərəfə keçir, o zaman Ermənistanın yeni ildə öhdəliklərini yerinə yetirməkdən başqa çıxış yolu qalmayacaq.  

 

Azərbaycan Silahlı Qüvvələri tərəfindən bütün ideoloji sütunları və ordusu darmadağın edilən Ermənistan müharibədən sonrakı müddətdə Qubadlının Şurnuxu, Xinzirək və Dığ kəndlərində, Laçının İşıqlıdağ yüksəkliyini və Qaragölün ətrafınında, Kəlbəcərin Yuxarı Şorca, Aşağı Şorca və Zərkənd istiqamətlərində baş verənləri, xüsusilə də sentyabr “sürprizlərini” unutmalı deyil. Unudarsa,  Ermənistanın məyus olmaq adəti növbəti kədərli ənənəyə çevrilər bilər.

Odur ki, Ermənistan tərəfi Ali Baş Komandan İ.Əliyevin bəyanatlarına diqqətlə yanaşmalı, onun səbrinin tükənməsinə və təkrar hərbi formasıni geyinməsinə şərait yaratmalı deyil. Əgər bu formanı geyinərsə, əmin olun ki, fərari erməni ordusunun qalıqlarında ciddi azalma və Yerablurda genişlənmə qaçılmaz olacaq. Onsuz da Ermənistanda əhalinin əksəriyyəti artıq 3-cü ildir ki, bayram günlərini qəbiristanlıqlarda keçirmək kimi kədərli ənənəni “uğurla” davam etdirirlər. 

 

P.S. Ermənistan tərəfi bu ilk məqaləmi istədiyi kimi, hətta Yeni ilin ilk bəd duası kimi qəbul edə bilər.

 

Ədalət Verdiyev,

hərbi ekspert

 

Mənbə

Share: