“Virusla əlaqadar ticarət mərkəzləri və ictimai nəqliyyatla bağlı təlimatlar işlənəcək”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib.
C.İsayev deyib ki, bu təlimatlar yaxın günlərdə qəbul ediləcək: “Bu təlimatlar ticarət mərkəzlərini də əhatə edəcək. Məsələn, böyük ticarət mərkəzlərində satıcılar maska və əlcəkdə olmalı, insanlar bir-birindən 1 metr məsafədə olmalıdır”.
“Koronavirus təhlükəsi ilə bağlı ticarət mərkəzlərində məhdudiyyətlərlə bağlı təzminat ödənilməsi nəzərdə tutulmur”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ.Məmmədov deyib ki, bu məhdudiyyətlər həm də həmin sahibkarların, onların ailə üzvlərinin sağlamlığının qorunması üçündür.