
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq ekologiya fəallarının və QHT təmsilçilərinim Şuşa-Xankəndi yolunda aksiyası davam edir.
Azərbaycan ictimaiyyətinin haqlı tələblləri qarşısında rus sülhməramlıları çıxılmaz durumdadır. 10 Noyabr 2020-ci il tarixli üçtərəfli müqavilənin şərtlərinə uyğun olaraq, Azərbaycan öz ərazisində qayda-qanun yaratmaq istəyində israrlıdır. 44 günlük Vətən Müharibəsinin “acı nəticələrini” həzm etmək və yeni reallıqlara uyğunlaşmaq üçün verilmiş zaman limiti bitib. Rusiya sülhməramlıları ohdəliklərinə düşən neytrallıq statusuna əməl etməyərək, bir növ separatçıların hamisi rolunda çıxış edir. Azərbaycan Ordusunun parlaq qələbəsindən sonra qarabağ ermənilərinin hər hansı status almaq arzusu və ideyası tarixin zibilliyinə atıldı. Söhbət yalnız erməni əsilli vətəndaşlarımızın Azərbaycan mühitinə inteqrasiyasından gedə bilər ki, bu istiqamətdə heç bir əməli addım atılmayıb.
Hələ də davam edən dinc aksiya xalqın haqlı tələblərində əzmkarlığını və dövlətimizin ictimai rəylə hesablaşdığının bariz nümunəsidir, başqa sözlə xalqla dövlətin vəhdətini əks etdirir. Sülhməramlı statusunda rus ordusunun 2 il əvvəl bölgəyə dəvət edilməsinə hələ o zaman etiraz edən insanlarımızın mövqeyini də qəbul etmirəm. Bu, o dövrün reallığını diktə edən geopolitik vəziyyətdən irəli gəlirdi.
.
Yalnız hakimiyyətin ən ali kürsüsündə olan şəxs( Cənab Prezident) real vəziyyətin nə dərəcə ağır olduğunu bilir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu günədək Prezident İlham Əliyev tərəfindən məharətlə davam etdirilən balanslı xarici siyasət həmişə Azərbaycan üçün xeyirli olub. Burada qüvvələr nisbətini düzgün qiymətləndirmək, mövcud reallığı qəbul edərək cəsarətli addım atmaq bacarığı əsas şərtdir.
Lakin müasir dünya çox sürətlə dəyişir. ( Məsələn, bu il başlanan Rusiya-Ukrayna müharibəsi gözlənilən bütün proqnozları alt-üst etdi) Və buna adekvat hərəkət etmək də yüksək qabiliyyət tələb edir. Son 2 ildə dövlətimiz elə güc formalaşdırıb ki, o, artıq dünya siyasətinin sibyektinə çevrilib. Azərbsycan Ermənistan kimi taleyin amansız ixtiyarına verilmiş “zavallı” dövlət deyil, öz şərtlərini tədricən diktə edə biləcək gücə çevrilən dövlətdir.
Dinc etiraz aksiyasının bir özəlliyi də bu oldu ki, hadisə yerinə Azərbaycan XTQ yeridildi. Bu o XTQ-dir ki, onun nəyə qadir olduğunu bütün dünya bilir.
Azərbaycan-Ermənistan konfliktində Rusiya faktoru həmişə öndə olub. 1990-cı ildə hələ sovet ordusunda qulluq edərkən Bakıda törədilən qırğına etiraz edərək, h/hissəmizin azərbaycanlı əsgərlərini səfərbər edərək, aclıq aksiyası təşkil etməyim, az sonra doğma Qarabağımda ermənilərlə təmas nöqtəıərində yerləşdirilmiş rus-sovet ordusunun dırnaqarası fəaliyyəti, aktiv döyüş əməliyyatları gedərkən rus ordusunun hansı mövqe tutmasının canlı şahidiyəm. Bununla belə, şəxsi fikrim budur ki, Azərbaycana güclü, amma ədalətli Rusiya lazımdır. Biz xoş münasibətləri olan qonşuluq şəraitində yaşamağa məhkumuq.
İbad Hüseynli,
Azərbaycanın Milli Qəhrəmanı