Yeni sazişlər tərəfdaşlığımıza əlavə impuls verəcək

Yeni sazişlər tərəfdaşlığımıza əlavə impuls verəcək

Bizim ortaq səylərimiz sayəsində son illərdə Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb edib. Siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq fəallaşıb.

 

Modern.az xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında səsləndirib.

 

Yarım ildən bir qədər çox əvvəl imzalanan sənədlərin, bütün bu razılaşmaların ardıcıl olaraq həyata keçirildiyini vurğulayan Kasım-Jomart Tokayev deyib: “Bu gün imzalanmış bir sıra yeni sazişlər bizim çoxşaxəli tərəfdaşlığımıza əlavə impuls verəcək”.

Mənbə

Share: