“Haber7”nin xəbərinə görə, partlama zamanı adada 100 nəfər olub.
Onlardan 20 nəfəri yaralanıb.
Yerli radio ilə vulkanın zərər yetirdiyi şəxslərin arasında əraziyə gəzməyə gələn turistlərin olacağı bildirilib. Helikopterlər gələnə qədər insanlara pəncərələri bağlayıb evlərindən çıxmamaları tövsiyə olunub.