Yeniyetmə 11 yaşlı uşağı diri-diri basdırdı

11 yaşlı uşağı öldürmək istəyən yeniyetmə onu diri-diri qarda basdırıb. Hadisə Rusiyanın Murmansk vilayətində baş verib.

Milletinsesi.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinə istinadla xəbər yayıb.

Məlumata görə, 15 yaşlı yerli sakin uşağı döyüb, sonra onu boğmağa cəhd edib. Uşaq huşunu itirdikdən sonra isə yeniyetmə onun öldüyünü düşünüb və qarda basdırıb.

Zərərçəkən onu təsadüfən görən yerli sakinlər tərəfindən xilas edilib. Uşaq dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti normal qiymətləndirilir.

Yeniyetmə saxlanılıb. Hadisə ilə bağlı istintaqa başlanılıb.(Oxu.az)

Share: