Yaxın 2 gün ərzində Yerin yaxınlığından potensial təhlükəli asteroid keçəcək.
Milletinsesi.az xəbər verir ki, məlumatı ABŞ Milli Aerokosmik Agentliyi (NASA) yayıb.
Qeyd olunur ki, 2020 WU5 asteroidi 2020-ci il noyabrın 29-da aşkar edilib. Mütəxəssislərin fikrincə, asteroidin diametri 1,1 kilometrə çatır.
Proqnozlara əsasən, asteroid Yerə 7,5 milyon kilometr məsafəyədək yaxınlaşa bilər. Bu, məsafə Yer planeti üçün potensial təhlükəli hesab olunur.