“Məni kədərləndirən odur ki, Roma Papasından savayı, münaqişənin dinc nizamlanmasına yönələn qərarlar yoxdur…”
“Hələ ki, Putin öz məğlubiyyətini, Ukrayna isə öz qələbəsini hiss etmir, ona görə də vasitəçilik üçün şərait yoxdur…”
İtaliya hökumətinin sabiq başçısı Silvio Berluskoni, onun fikrincə, Ukraynada müharibənin dayandırılması planını təqdim edə biləcək yeganə adamın adını açıqlayıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə Berluskoni “Corriere della Sera” nəşrinə müsahibəsində bəyan edib.
“Məni kədərləndirən odur ki, Roma Papası və Müqəddəs Taxtdan savayı, görünür, münaqişənin dinc nizamlanmasına yönələn qərarlar yoxdur”, – Berluskoni deyib
O, bəyan edib ki, İtaliya Qərbin, Avropanın və NATO-nun tərəfindədir.
Roma Papası Fransisk dəfələrlə bəyan edib ki, Vatikan Avropa, ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin görüş yeri ola bilər, bu görüşdə müharibənin dayandırılması barədə qərarlar qəbul edilə bilər.
2022-ci ilin yazında Katolik Kilsəsinin rəhbəri adıçəkilən nəşrə müsahibəsində deyib ki, Rus Pravoslav Kilsəsinin rəhbəri patriarx Kiril 20 dəqiqəlik videoəlaqə formatında söhbət zamanı “əllərində xəritə” Rusiyanın Ukraynaya qarşı müharibəsinə haqq qazandıran dəlillər gətirib.
2022-ci ilin yayında Vatikanın digər dövlətlərlə münasibətlər üzrə katibi arxiyepiskop Pol Riçard Qallaxer pontifikin Kiyevi ziyarət etməyə və Moskvanın və bütün Rusiyanın patriarxı Kirillə görüşməyə hazır olduğunu bildirib.
2022-ci ilin oktyabrında Roma Papası Fransisk Rusiya prezidenti Vladimir Putinə müraciət edərək müharibəni dayandırmağa, Ukrayna prezidenti Vladimir Zelenskiyə isə “ciddi sülh təkliflərinə” açıq olmağa çağırış edib.
Bundan öncə məlumat verulib ki, bir sıra sirasətçilər Rusiyanın Ukraynaya qarşı təcavüzünün dayandırılması cəhdində vasitəçilik səyləri göstərib.
Bu sırada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və İsrailin sabiq baş naziri Naftali Bennetin adları çəkilir.
Tanınmış politoloq Mark Feyqin müsahibələrinin birində vasitəçi kimi İsrail hökumətinin indiki başçısının ola biləcəyini ehtimal edib:
“İsrail vasitəçi ola bilər, lakin bunun üçün, hələlik, şərait yoxdur. Hələ ki, Putin öz məğlubiyyətini, Ukrayna isə öz qələbəsini hiss etmir. Bax, bu və ya digər mövqe aydın olacağı məqamda, yəqin ki, Netanyahu kimi siyasətçilər vasitəçi qismində çıxış edə bilər”.