Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yeraltı piyada keçidinə su dolması barədə məlumat daxil olub.
Modern.az xəbər veirr ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən subasmaya məruz qalmış keçiddən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilib.