Yerevanın mərkəzi hissəsində növbəti etiraz aksiyası başlayıb.
Virtualaz.org “Sputnik-Ermənistan”a istinadən bildirir ki, paytaxtın Maştosa prospekti ilə Tumanyan küçəsinin kəsişməsində Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən fəallar trolleybusu saxladıblar. Bəziləri trolleybusa girib pirotexniki vasitələr yandırıb, Ermənistan bayrağı qaldırıblar.
Onlar “Nikol-xain””, “Nikol, get!” şüarları səsləndiriblər.
Polis əməkdaşları fəalları trolleybusdan düşürüblər. Polisin məlumatına görə, 40-a yaxın insan saxlanılıb.
Polis jurnalistlərə və operatorlara qarşı da güc tətbiq edib, bəzilərini bölməyə aparmağa çalışıblar. Daha sonra Yerevan polis rəisinin müavini Artur Xudinyan bunun təsadüfən baş verdiyini bəyan edib.
Yoldan keçən nəqliyyat vasitələrinin sürücüləri nəqliyyat vasitələrini saxlayaraq etirazçılara qoşulublar.
Maştosa prospekti nəqliyyatın hərəkəti üçün qismən bağlanıb. Aksiya keçirilən yerdə çoxlu sayda polis var. Vətəndaşlar da həmin əraziyə axışırlar.