Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ölkənin bütün kəşfiyyatçılarını təbrik edib.
Milletinsesi.az xəbər verir ki, o, tviter səhifəsində bu barədə yazıb.
“Bu gün Ukrayna Xarici Kəşfiyyat Xidməti Günüdür. Hər zaman məlumat sahibi olanlara salam olsun…”, – deyə Yermak yazıb.
Qeyd edək ki, Ukrayna Xarici Kəşfiyyat Xidməti 2004-cü ildə yaradılıb.