![Yevlaxda 5 otaqlı ev külə döndü](https://milletinsesi.az/wp-content/uploads/;http://www.unikal.org/photos/unikal/1557552754.1549722874.ev.jpg)
Yevlaxda yanğın olub.
Milletinsesi.az xəbər verir ki, şəhərin Balçılı kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli, 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.