Müğənni Yıldız Tilbenin 2017-ci ildə Çeşmədə ona yol verməyən qadın sürücünün maşınını vurub təhqir etməsi ilə bağlı məhkəmə başa çatıb.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, qadının şikayəti üzərinə aylardır məhkəmə işi davam edirdi.
Araşdırma zamanı ifaçı təhqir etmədiyini söyləyib. Sənətçiyə 180 gün pul cəzası verilib. Hakim daha sonra cəzanı 150 günə endirib 3 min lirəyə çevirib.
Qeyd edək ki, 3 il əvvəl Feride İ. adlı sürücü Tilbedən yol istəyincə tərəflər arasında mübahisə düşmüşdü. Müğənni qadını təhqir edib, daha sonra maçını ilə onun avtomobilini sürümüşdü.